Xəzər Xəbər

Koronavirusa qida vasitəsi ilə yoluxmanın təhlükələri açıqlandı

Cəmiyyət | 12:47 • 8 Aprel 2020
Koronavirusa qida vasitəsi ilə yoluxmanın təhlükələri açıqlandı

Qida yolu ilə virusa yoluxmaehtimalı az da olsamövcuddur.

Məsələn, emal tələb etməyən qidalar - meyvə və tərəvəz təhlükəlidir.

Lenta.ru-nun məlumatına görə, bu barədə "Roskontrol” Ümumrusiya İstehlakçılar İttifaqının Ekspertiza Mərkəzi açıqlama verib.

"Nəzəri olaraq, xəstələnmiş insan almanın üzərinə asqırsa və bundan sonra siz onu yesəniz, risk (koronavirusa yoluxma) var. Amma praktikada şanslar azdır”, - deyə açıqlamada bildirilib.

Mütəxəssislər meyvə və tərəvəzləri istehlak etməzdən əvvəl təmiz su ilə yaxşı-yaxşı yumağa çağırış edib.

Paketdəki məhsullarda da vəziyyət eynidir. Mütəxəssislərin fikrincə, virus bir qatıq bankasının və ya su butulkasının səthinə düşsə, sonra isə insan onunla təmas etdikdən sonra əllərini üzünə toxundursa, az da olsa real yoluxma ehtimalı var.

Ümumiyyətlə, mütəxəssislər xatırladır ki, koronavirus səthlərdə uzun müddət yaşamır, qidada çoxalmır.

Bu baxımdan ən təhlükəsiz məhsul ətdir.

Əgər qida yolu ilə koronavirusa yoluxma narahatlıqları varsa, mütəxəssislər məhsulların termik emal olunmasını təklif edirlər.

SARS ilə bağlı bundan əvvəl həyata keçirilən təcrübələrdə virusun 149 dərəcə istidə 1-3 dəqiqə ərzində öldüyü müəyyənləşib.

"COVID-19 ilə oxşar testlər hələ aparılmayıb, ancaq vəziyyətin oxşar olduğuna inanmaq üçün əsas var”, - deyə "Roskontrol”dan bildirilib.

Xəbər lenti