Xəzər Xəbər

Azərbaycanda bu kafe karantinə rəğmən fəaliyyət göstərib

Hadisə | 11:46 • 8 Aprel 2020
Azərbaycanda bu kafe karantinə rəğmən

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb.

Bununla bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupuməlumat yayıb.

Bildirilib ki, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarınınəməkdaşları tədbirləri davam etdirir.

BPİ-nin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanrayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.

Obyektin sahibi Füzuli Məhərrəmovla yanaşı, onun müştəriləri Firdus Məmmədov, İsa Nəbiyev, Kəmalə Bayramova, Elmira Cəfərova, Türkan Abdullayeva və Fəxriyyə Məmmədova saxlanılaraq, Kəpəz RPİ-yə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xəbər lenti