Xəzər Xəbər

İkiqat “Grammy” mükafatçısı koronavirusdan öldü

Şou Biznes | 11:11 • 8 Aprel 2020
İkiqat “Grammy” mükafatçısı koronavirusdan öldü

Amerikalı müğənni Con Prayn koronavirusdan dünyasını dəyişib.

Bu barədə "Reuters” xəbər yayıb.

Martın 17-də 73 yaşlı Prayn və xanımı Fionanın koronavirusa yoluxduqları məlum olub.

Martın 26-da PraynNeşvill şəhərində xəstəxanaya yerləşdirilib. Müğənni infeksiya nəticəsində yaranan ağırlaşmalara görə ölüb.

Con Prayn öz mahnılarının müəllifi və ifaçısı olub. O, eyni zamandabir çox sənətkarlar üçün bəstələr yazıb. Prayn kantri və folk (xalq musiqisi) janrlarının klassiklərindən sayılır.

Con Prayn "Ən yaxşı müasir folk-albomu” kateqoriyasında ikiqat "Grammy” mükafatçısıdır.

Xəbər lenti