Xəzər Xəbər

İtaliyada yaşlı qadın karantin qaydalarını 11 dəfə pozdu

Dünya | 17:38 • 7 Aprel 2020
İtaliyada yaşlı qadın karantin qaydalarını 11 dəfə pozdu

İtaliyada koronavirla əlaqədar tətbiq edilən sərt karantin qaydalarını pozan yaşlı qadın cərimə edilib.

Repubblica.it xəbər verir ki, yaşlı qadın qoyulan qadağanı 11 dəfə pozmağa macal tapıb.

Hadisə İtaliyanın şimal-şərq bölgəsində yerləşən Qrado şəhərində baş verib.

Polislər yaşlı qadını 280 avro (515 manat) məbləğində cərimələyib. Hüquq-mühafizə orqanlarının əməkdaşları xəbərdarlıq ediblər ki, yazılan cərimə 30 gün ərzində ödənilməzsə, cərimənin məbləği 400 avro (735 manat) olacaq.

Xəbər lenti