Xəzər Xəbər

Azərbaycanda “Qırmızı kitab”a düşən quşu ovlayan şəxs tutuldu - VİDEO

Veb TV | 17:03 • 7 Aprel 2020
Azərbaycanda “Qırmızı kitab”a düşən

Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsi ilə Qızılağac Milli Parkının əməkdaşları tərəfindən "Qırmızı kitab”a düşənquşu ovlayan şəxs saxlanılıb.

Masallı rayonu Qədirli kəndindəki Qızılağac Milli Parkının xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonasında olan Böyük körfəz su sahəsində qanunsuz ov edən həmin kəndin sakini, 52 yaşlı Çingiz Əmiraslanov tutulub.

Yoxlama zamanı ondan taxta qayıq, avar,qoşalüləli, sənədi olmayan, nömrəsiz bir ov silahı və həminsilahlaqanunsuz ovladığı bir qaşqaldaq, iki ördək və "Qırmızı kitab”a düşmüş birsultan toyuğu quşları aşkar edilərək, maddi sübut kimi götürülüb.

Təbiətə dəymiş maddi ziyanın məbləği 1039 manat 50 qəpik müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti