Xəzər Xəbər

Məşhur avtomobil şirkəti maska istehsalına başlayır

Maraqlı | 16:51 • 7 Aprel 2020
Məşhur avtomobil şirkəti maska istehsalına başlayır

Yaponiyanın "Toyota Motor” avtomobil şirkəti COVID-19 pandemiyası ilə əlaqədar qoruyucu maska istehsalına başlayacaq.

TASS xəbər verir ki, bu barədə Yaponiyanın İctimai televiziyası məlumat yayıb.

Şirkətin istehsal edəcəyi maskalar şəffaf plastik örtüklə təmin olunacaq. Bu isə, öz növbəsində, şəxsin yalnız ağız boşluğunu deyil, bütün üzünü qoruyacaq.

Şirkət maska qıtlığı ilə üzləşən tibb müəssisələrini də qoruyucu maska ilə təmin edəcək.

Xəbər lenti