Xəzər Xəbər

Balakəndə civə alverçiləri tutuldu VİDEO

Hadisə | 16:45 • 7 Aprel 2020
Balakəndə civə alverçiləri tutuldu

Balakən rayonunda poliscivə alverçilərinə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində civə satışı ilə məşğul olan şəxslər tutulub.

Daxil olmuş məlumat əsasında22 yaşlı Balakən rayonu, Qullar kənd sakini Turan Süleymanov və şəhər sakini, 21 yaşlı Toğrul Səmədlişübhəli şəxs qismində saxlanılıblar.

T.Süleymanovun üzərindən axtarış zamanı birədəd şüşə qabda 59,4 qram metallik civə aşkar edilib. Toğrul Səmədlinin ətrafında davam etdirilən tədbirlərlə onun yaşadığı ünvanda və Talalar kəndində bibisinin evində civə saxlaması müəyyən edilib. Həmin yerlərə baxış keçirilən zaman ümumi çəkisi 473,1 qram metal parıltısına malik civə aşkar olunaraq götürülüb.

İstintaq zamanı müəyyən edilib ki, T.Səmədli həmin civəni ötən ilin dekabr ayında Məhəmməd Mustafayevlə qabaqcadan əlbir olub, tanışları - Balakən rayon sakini Nizami Quliyevin evindən oğurlayıblar.

Həmin tədbirlərin davamı olaraq, Balakən RPŞ-nin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş, rayonun Qullar kənd sakini Nizami Quliyev və cinayət əməlində iştirakı olan digər şəxslər də saxlanılıb. N.Quliyevin yaşadığı evə baxış keçirilən zaman501,2 qram civə aşkarlanıb.

Faktla bağlı Balakən RPŞ-nin İstintaq bölməsində cinayət işinə başlanılıb, istintaq aparılır.

Qeyd edək ki, civə güclü təsir edən və zəhərli maddələr kimi təsnif edilir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240-cı maddəsinə əsasən, civə və bu qəbildən olan digər maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi cinayət məsuliyyətinə səbəb olur.

Xəbər lenti