Xəzər Xəbər

Tibbi meteoroloq açıqladı: koronavirus mayın sonu, iyunun əvvəllərində...

Cəmiyyət | 10:42 • 7 Aprel 2020
Tibbi meteoroloq açıqladı:

"Virusun yayılma sürətinə təsir edən bir çox faktor var. Temperatur, nəm və ultrabənövşəyi şüalar da buraya daxildir”.

Bu sözləri türk professor tibbi meteoroloq Orhan Şen deyib.

Professor bildirib ki, virusun yayılma sürəti ilə havanın istiliyi arasında əlaqə quran bəzi araşdırmalar mövcuddur: "Amma bu "havanın istiliyi virusu yox edər və ya Günəş işığı virusu öldürür” mənasına gəlmir. Sadəcə yayılma sürəti ilə bağlı durumdur. Məsələn, pandemiya başlandığından bəri Malayziya, Sinqapur və Honkonq kimi ölkələrdə istilik 25-27 dərəcə civarındadır. Statistikalar yayılma sürətinin və yoluxma sayının aşağı olduğunu göstərir. Bununla bağlı müxtəlif elmi açıqlamalar var. Bunlardan biri ultrabənövşəyi şüaların immun sisteminə təsiri haqqındadır. Yenə bu mövzudakı araşdırmalar virusun 4-11 dərəcə arasındakı istiliyi ideal olaaq gördüyünü ortaya qoyur.

Coğrafiyamız Malayziya və bənzər ölkələrdəki istiliyə mayın sonu, iyunun əvvəlindən etibarən qovuşacaq. Virusun yayılma sürətinə necə təsir edəcəyini o zaman görəcəyik. Lakin hamı havanın temperaturu necə olursa-olsun, izolyasiya və sosial məsafə qaydalarına riayət etməlidir”./publika.az

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
389 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti