Xəzər Xəbər

Muzdlu işçilərə ödənişlər başlayır - RƏSMİ

İqtisadiyyat | 10:11 • 7 Aprel 2020
Muzdlu işçilərə ödənişlər başlayır - RƏSMİ

Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi hazırlanıb və bu həftə ərzində ödəmələrin həyata keçirilməsinə başlanacaq.

Bu barədə İqtisadiyyat Nazirliyi xəbər verir.

"Bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. İşəgötürənlərin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında mümkün qədər qısa müddət ərzində onların işçilərinə ödənilməli olan əməkhaqqının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək və işəgötürənlər işçilərin əməkhaqqılarını ödəyə biləcəklər", - deyə məlumatda qeyd edilib.

Xəbər lenti