Xəzər Xəbər

Gürcüstan xəstəxanaları koronavirusa yoluxmuş 3500 xəstəni eyni vaxtda qəbul etməyə hazırdır

Dünya | 21:37 • 5 Aprel 2020
Gürcüstan xəstəxanaları koronavirusa yoluxmuş 3500 xəstəni eyni vaxtda qəbul etməyə hazırdır

Gürcüstan xəstəxanaları koronavirusa yoluxmuş 3500 xəstəni eyni vaxtda qəbul etməyə hazırdır.

Bunu Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə COVID-19 virusu ilə mübarizə üçün 20 xəstəxana ayrılıb. Ehtiyac yaranacağı təqdirdə daha 40-a yaxın xəstəxanadan istifadə oluna bilər.

Nazir deyib ki, hazırda Gürcüstanda 10 min xəstəni müalicə etmək üçün bütün şərait var.

"Bu gün nazirlik ölkədəki bütün həkimlərin və tibb işçilərinin əlavə kurslara cəlb olunması layihəsi üzərində çalışır. Məqsəd ehtiyac yaranacağı halda həkimlərin koronavirusa yoluxmuş xəstələrlə işləmək üçün hazırlamaqdır”, -deyə nazir vurğulayıb. (AZƏRTAC)

Xəbər lenti