Xəzər Xəbər

UEFA-nın rəhbəri avrokuboklar üçün son tarixi açıqladı

İdman | 10:48 • 5 Aprel 2020
UEFA-nın rəhbəri avrokuboklar üçün son tarixi açıqladı

Futbol üzrə Çempionlar Liqasının finalı avqustun 3-dək başa çatmalıdır.

Bu barədə Avropa Futbol Assosiasiyası İttifaqının prezidenti Aleksander Çeferin (UEFA) ZDF telekanalına açıqlamasında bildirib.

"Turniri eyni formatda davam etdirmək və ya bir oyunluq sistemlə keçirmək olar. Vəziyyət fövqəladədir, lakin Çempionlar Liqası avqustun 3-ə qədər başa çatmalıdır. Biz duruma uyğunlaşmalıyıq. Hazırda Çempionlar Liqası və Avropa Liqasının qalan oyunlarınımay, iyun və iyulda necə keçirəcəyimiz üzərində işləyirik”, - deyə Çeferin bildirib.

Qeyd edək ki, Belarus çempionatı istisna olmaqla, UEFA bayrağı altında keçirilən bütün yarışlar koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb.

Xəbər lenti