Xəzər Xəbər

Ölənlərin sayı 60 mini keçdi - ŞOK

Dünya | 15:46 • 4 Aprel 2020
Ölənlərin sayı

Dünya miqyasında koronavirusdan ölənlərin sayı 60 mini ötüb.

"Worldometer" saytının son statistikasına görə, son sutka ərzində 1008 yeni ölüm faktı qeydə alınıb.

Ümumilikdə, dünyada son gündə 14 min 470 yeni yoluxma faktı aşkarlanıb və bu rəqəm 1 milyon 131 min 113-ə çatıb.

Kovid-19 səbəbilə ən çox ölüm halı İtaliyada yaşanıb – 14 min 681 nəfər. İkinci sırada İspaniya – 11 min 744, üçüncü sırada ABŞ – 7 min 403, dördüncü yerdə Fransa – 6 min 507, beşinci yerdə İran – 3 min 452 nəfərlə qərarlaşıb.

Pandemiyanın ortaya çıxdığı Çində isə 3 min 326 nəfər ölüb.

publika.az

Xəbər lenti