Xəzər Xəbər

Azərbaycanın açıqlamasından sonra Putin HƏRƏKƏTƏ KEÇDİ

İqtisadiyyat | 15:27 • 4 Aprel 2020
Azərbaycanın açıqlamasından sonra Putin HƏRƏKƏTƏ KEÇDİ

"Koronavirus, demək olar ki, bütün dünya iqtisadiyyatına təsri göstərib və neftə olan tələb kəskin azalıb. Qlobal neft bazarları çətin prosesdən keçir. Bu durumun həm ekoloji, həm də texnoloji riskləri var. Neft istehsalını gündəlik 10 milyon barel azaltmaq lazımdır”.

Bu sözləri Rusiya prezidenti Vladimir Putin Fedral Təhlükəsizlik Şurasının video-konfransında səsləndirib.

Prezident bildirib ki, qlobal neftin qiymətini qaldırmaq üçün əməkdaşlıq çərçivəsində işləmək lazımdır: "Dünya iqtisadiyyatı gələcəkdə bahalı neft qiymətləri ilə qarşılaşa bilər. Rusiya həm yuxarı, həm aşağı neft qiymətlərinə qarşıdır. 1 barel üçün 42 dollar bizim üçün münasib qiymətdir. Büdcəmizi bu qiymətə görə müəyyən etmişik”.

Neftə olan tələbatın azalmasına görə neft istehsalının da azaldılmasını istəyən Putin Səudiyyə Ərəbistanın OPEC və OPEC+ ölkələri arasındakı razılaşmadan geri çəkildiyini xatırladıb: "Onların razılaşmadan çəkilməsini anlayışla qarşılayırıq. Çünki qaya nefti istehsal edən rəqiblərindən xilas olmaq istədilər. Bunun baş tutması üçün neftin 40 dollara olması lazımdır. Ancaq bizim buna ehtiyacımız yoxdur. Səudiyyə Ərəbistanı ilə də, amerikalı ortaqlarımızla da əməkdaşlığa hazırıq”.

Qeyd edək ki, Azərbaycan Energetika Nazirliyi 6 apreldə OPEC və OPEC+ ölkələrinin növbəti sammitinin baş tutacağını açıqlayıb./publika.az

Xəbər lenti