Xəzər Xəbər

Milyarder özünü biabır etdi: Koronavirus xəstələrinə göndərilən hədiyyə...

Dünya | 14:01 • 4 Aprel 2020
Milyarder özünü biabır etdi:

Amerikalı iş adamı İlon Maskın koronavirus üçün hazırladığı "hədiyyə qutusu” faydadan çox zərər verib.

Dünyaya yenicə yayılmağa başlayanda COVID-19 pandemiyasını "axmaqlıq” adlandıran Mask həftələr sonra bu fikrindən imtina edib.

Milyarder anbarlarında 1000 ədəd süni tənəffüs cihazının olduğunu, bunları Nyu-Yorkdakı xəstəxanalara bağışlayacağını açıqlayıb. Lakin iş adamının əlindəki cihazlardan yalnız 40-nı xəstəxanalara verdiyi məlum olub.

Ən böyük skandal isə Maskın xəstəxanalara verdiyi cihazların standartlara cavab verməməsi ilə bağlıdır. Mütəxəssislər Maskın hədiyyə etdiyi cihazların əslində virusu daha da geniş yaya biləcəyi üçün koronavirus xəstələri üçün istifadə olunmasına icazə verməyib./Teleqraf.com

Xəbər lenti