Xəzər Xəbər

Tokio Olimpiadası üçün lisenziya turnirlərinin bitmə tarixi məlum oldu

İdman | 10:11 • 4 Aprel 2020
Tokio Olimpiadası üçün lisenziya turnirlərinin bitmə tarixi məlum oldu

Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli bütün turnirlər 2021-ci il iyunun 29-a kimi başa çatmalıdır.

"Inside the Games” nəşrininməlumatına əsasən, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (IOC) tərəfindən Milli Olimpiya Komitələrinə göndərilən məktubda bildirilir.

Qeyd edilir ki, turnirlərin tarixi və yeri barədə tam informasiya vermək hələ mümkün deyil. Bu barədə ətraflı məlumat koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlər aradan qaldırıldıqdan sonra dərc olunacaq.

Koronavirus pandemiyasına görə keçirilmə vaxtı dəyişdirilmiş Tokio Olimpiadası 2021-ci il 23 iyulda başlayacaq və avqustun 8-dək davam edəcək. İndiyədək lisenziya qazanmış bütün idmançılar Oyunlarda iştirak hüququnu saxlayacaqlar./oxu.az

Xəbər lenti