Xəzər Xəbər

Bakıda polis küçəyə çıxan insalara cərimə yazır VİDEO

Veb TV | 21:03 • 3 Aprel 2020
Bakıda polis küçəyə çıxan insalara cərimə yazır

Bakıda polis zərurət olmadan küçəyə çıxan insalara cərimə yazır. Görünür cərimələnən şəxslər bir neçə gündür edilən xəbərdarlıqları və yayılan təhlükəli virusun ciddiliyini saymırlar. Şəhərdə yoxlamalar zamanı xeyli şəxs cərimə olunub.

Polisə sənəd təqdim etmir, hələ çəkilişə də mane olmaq istəyir.

Qoyulmuş qadağaya məhəl qoymayan bəzi insanlar hələ də küçələrə çıxaraq özlərini təhlükəyə atırlar. Belə insanlara qarşı polis sərt tədbirlərini davam etdirir. Küçəyə çıxmasını rəsmi qaydada heç bir sənədlə sübut edə bilməyən şəxslər inzibati qaydada cərimə olunur.

Polis həmin şəxsə cərimə yazdıqdan sonra bir daha ona xəbərdarlıq etdi. Bu qadın isə paytaxtın Nizami rayonu Babək prospektində yaşadığını deyir. O, adıçəkilən ünvandan Nəsimi rayonuna aptekdən tibbi maska almağa gəldiyini bildirsə də polis onu da inzibati qaydada cərimələdi.

Qeyd edək ki, şəhərdə yoxlama zamanı iş yerindən arayışı olan şəxslərə heç bir cərimə yazılmadı. Amma onlara da müəyyən xəbərdarlıqlar edildi.

Xatırladaq ki, qaydaları pozan şəxslər inzibati xətalar məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq 100-200 manat məbləğində cərimə olunublar.

Xəbər lenti