Xəzər Xəbər

Koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir

Dünya | 21:37 • 2 Aprel 2020
Koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir

Koronavirusa qarşı qabaqlayıcı tədbirlər çərçivəsində Türkiyə əhalisinin böyük əksəriyyəti, o cümlədən aktyorlar vaxtlarını evlərində keçirirlər. Bununla bağlı ölkənin TRT 1 kanalında yeni serialın çəkilişlərinə start verilib.

Hazırda dünyanın ən aktual şüarı olan "Evdə qal!”a uyğun olaraq "Ev halı” adlı serial sənətçilərin evlərindən çəkdikləri videolar əsasında hazırlanır.

Serialın prodüser, ssenarist və rejissorluğunu öz üzərinə götürən Birol Güven həm də baş rolun ifaçısıdır. Bu barədə danışan B.Güven yeni ekran əsərinin insanların xəstəliklə bağlı maarifləndirilməsi, evdə keçirdikləri vaxtın səmərəli istifadəsi baxımından da əhəmiyyətli olduğunu bildirib. (AZƏRTAC)

Xəbər lenti