Xəzər Xəbər

Karantin rejimində saxlanılan şəxslər əhaliyə çağırış etdilər - VİDEO

Veb TV | 18:56 • 2 Aprel 2020
Karantin rejimində saxlanılan şəxslər əhaliyə çağırış etdilər -

Türkiyədə təhsil alan Ruslan Abbaszadə vətənə qayıtdıqdan sonra karantin rejimində saxlanılır.

Xezerxeber.az-ın məlumatına görə, o, karantin günlərini mahnı oxumaqla keçirir.

Ruslan deyir ki, karantində olanlar üçün bütün imkanlar yaradılıb. Günlərlə eyni otaqda darıxmamaq üçün isə hərdən mahnı oxuyur.

Həştərxan şəhərindən gələn Orxan Hənifəyev də karantinə yerləşdirilənlərdəndir. Orxan deyir ki, onlar üçün narahat olmağa ehtiyac yoxdur.

Qeyd edək ki,ölkəmizdə 5 min nəfərdən çox insan karantin şəraitində saxlanılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti