Xəzər Xəbər

Bakıda karantin rejiminin tələblərinə əməl etməyən şəxslər cərimələnir - VİDEO

Veb TV | 18:54 • 2 Aprel 2020
Bakıda karantin rejiminin tələblərinə əməl etməyən şəxslər cərimələnir -

Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq əhali arasında fərdi izahetmə-xəbərdarlıq işləri aparılır.

Xezerxeber.az-ın məlumatına görə, bu gün Nəsimi rayonu ərazisində 22-ci polis bölməsinin əməkdaşları xüsusi karantin rejmini pozan şəxslərə qarşı reyd keçirib.

Vətəndaşlardan tələb olunub ki, evdən yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda çıxsınlar.

Reyd zamanı karantin rejmindən xəbərsiz olduqlarını deyənlər də olub.

Reyd zamanı, həmçinin işləmək üçün xüsusi arayışı olanlara da rast gəlinib.

Bundan başqa, fəaliyyətinə icazə verilən mağazalara gedən vətəndaşlar olub.

Xatırladaq ki, fiziki şəxslər bu qaydanı pozduğu halda 100-200 manat, vəzifəli şəxslər 1500- 2000 manat, hüquqi şəxslər isə 2000-5000 manat cərimə olunurlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti