Xəzər Xəbər

Estoniyada koronavirusa yoluxanların sayı 779 nəfərə çatıb

Dünya | 09:05 • 2 Aprel 2020
Estoniyada koronavirusa yoluxanların sayı 779 nəfərə çatıb

Estoniyada son sutkada koronavirusa (COVID-19) yoluxanların sayı 45 nəfər artaraq 779-a çatıb.

Bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 14 min 353 nəfər müayinə olunub.

Nazirliyin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1952 nəfərdən götürülən analizinin 45-nin nəticəsi müsbət çıxıb. Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, ölkədə bu günə qədər koronavirusdan 5 ölüm hadisəsi qeydə alınıb.

Xəbər lenti