Xəzər Xəbər

UEFA Avropa çempionatının iki finalını təxirə salıb

İdman | 08:50 • 2 Aprel 2020
UEFA Avropa çempionatının iki finalını təxirə salıb
17 yaşadək oğlan futbolçulardan və 19 yaşadək qadınlardan ibarət milli komandalar arasında may və iyul aylarında keçirilməli olan Avropa çempionatlarının final mərhələləri təxirə salınıb. 

Xezerxeber.az UEFA-nın saytına istinadla xəbər verir ki, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin ötən gün keçirilən iclasında qəbul olunub.

Final mərhələləri qeyri-müəyyən müddətədək təxirə salınıb.

Həmçinin, apreldə keçirilməsi nəzərdə tutulan futzal üzrə UEFA Çempionlar Liqasının final mərhələsi qeyri-müəyyən müddətə təxirə salınıb.

Xəbər lenti