Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini S.Məmmədov Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.