Xəzər Xəbər

1918-ci ilin mart hadisələri tarixi mənbələrdə də öz əksini tapmış soyqırımı aktıdır

Gündəm | 09:30 • 1 Aprel 2020
1918-ci ilin mart hadisələri tarixi mənbələrdə də öz əksini tapmış soyqırımı aktıdır

1918-ci ilin mart ayında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı hadisə tarixi mənbələrdə də öz əksini tapmış soyqırımı aktıdır. Bu faciənin dəhşəti hər cür sübutlarla göz önündədir. Bunu törədənlər tarix və insanlıq qarşısında cavab verməlidirlər.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin rəhbəri Mülazim Pahsa bildirib.

Mart soyqırımı zamanı üç gün ərzində yalnız Bakıda 30 min günahsız insanın vəhşicəsinə qətlə yetirildiyini xatırladan dərnək sədri deyib: "Bakı ilə yanaşı, Azərbaycanın Şamaxı, Quba və digər regionlarında da törədilmiş qətliamlar zamanı 120 minə yaxın, bəzi mənbələrə görə isə daha çox insan öldürülüb. Bu qanlı hadisələr zamanı 162 kənd yandırılıb, 27 kənd isə tamamilə məhv edilib. On minlərlə insan doğma yurd-yuvalarından didərgin salınıb. Bu vəhşiliklərin qarşısı Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana daxil olması və xalqın dəstəyi ilə alınıb. Həmin hadisələr zamanı qəhrəmanca şəhid olmuş əsgərlərimizin xatirəsi bu gün də Azərbaycanın hər bir bölgəsində yad edilir, müxtəlif abidələrlə yaşadılır”.

Ermənilər tərəfindən vəhşiliklərin və vandalizm aktlarının tarixboyu yalnız Azərbaycanda deyil, Türkiyənin də bir sıra bölgələrində törədildiyini bildirən M.Pahsa deyib: "Bunun bariz nümunələrindən biri yaxın keçmişdə, 1992-ci ildə Azərbaycanın tarixi şəhərlərindən biri olan Xocalıda törədilmiş soyqırımı aktıdır. Ümumiyyətlə XIX-XX əsrlərdə azərbaycanlılara qarşı törədilən bütün faciələr Azərbaycan torpaqlarının zəbti, etnik təmizləmə və zorakılıqla müşayiət olunub. Ermənilərin azərbaycanlılara qarşı düşünülmüş və planlı şəkildə həyata keçirdiyi işğalçılıq siyasəti bu gün də davam etməkdədir. Hazırda Azərbaycanın torpaqlarının 20 faizinin hələ də ermənilərin işğalı altında olması bunu sübut edir.

Xəbər lenti