Xəzər Xəbər

Dağlıq Qarabağdakı separatçı rejimi heç bir dövlət tanımır - BƏYANAT

Gündəm | 22:17 • 31 Mart 2020
Dağlıq Qarabağdakı separatçı rejimi heç bir dövlət tanımır - BƏYANAT

"ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən heç biri və ya digər dövlətlət Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır".

Bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin martın 31-də Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma "seçkilər"lə bağlı yaydığı bəyanatda bildirilib.

"Həmsədrlər bu "seçkilərin nəticələri"ni Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmirlər. Eyni zamanda nəticələrin heç bir şəkildə Dağlıq Qarabağın son statusunu və ya münaqişənin davamlı və dinc yolla nizamlanması üzrə aparılan danışıqların sonucunu əvvəlcədən müəyyənləşdirmədiyini vurğulayırlar", - sənəddə vurğulanıb.

Xəbər lenti