Xəzər Xəbər

COVID-19 Avropada uçuşların kəskin azalmasına səbəb oldu

Dünya | 14:26 • 31 Mart 2020
COVID-19 Avropada uçuşların kəskin azalmasına səbəb oldu

Hava Naviqasiyasının Təhlükəsizliyi üzrə Avropa Təşkilatı ("Eurocontrol”) koronavirusa görə, Avropa səmasında uçuşların88 faiz azaldığını bildirib.

"Anadolu” agentliyi xəbər verir ki, açıqlamada 29 mart 2020-ci ildə keçən ilin həmin günü ilə müqayisədə 24470 az uçuş həyata keçirildiyi qeyd edilib.

Sözügedən müddətdə uçuşlarTürkiyədə 94%,İspaniya, Fransa, İtaliyada 93%,İngiltərə, Almaniyada 87%,Niderlandda isə 85%azalıb.

Açıqlamada bildirilir ki, 28 martda Avropa ilə ABŞ arasında uçuşlarınəvvəlki ilin eyni gününə nisbətən 75%azaldığı məlum olub.

Qeyd edək ki, "Eurocontrol” təşkilatının 41 üzvü var.

Xəbər lenti