Xəzər Xəbər

Koronavirusa yoluxan ilk insan – Şok faktlar

Dünya | 14:20 • 31 Mart 2020
Koronavirusa yoluxan ilk insan

Koronavirusa yoluxan ilk insan Çinin Uhan şəhərində dəniz məhsullarının satıldığı bazarda işləyən 57 yaşlı qadındır.

Bu barədə "Wall Street Journal” məlumat yayıb.

Nəşrin məlumatına görə, Vey Gixian adlı qadın virusun ilk təsbit edildiyi xəstələr arasında yer alıb.

Bazarda işləyən Vey dekabrda sətəlcəm şikayəti ilə xəstəxanaya müraciət edib. 57 yaşlı qadının müalicə prosesində bir çox insanın yoluxmasına səbəb olduğu bildirilib.

O, bu haqda Çində yayımlanan "The Paper” nəşrinə danışıb: "Özümü yorğun hiss edirdim, amma bu əvvəlki yorğunluqlara oxşamırdı. Hər qış qrip olurdum. Əlbəttə, bunu da adi bir qrip hesab etdim”.

Vey soyuqdəymə diaqnozu ilə xəstəxanada qəbul etdiyi dərmanların səhhətinə pis təsir etdiyini deyib. O, həkimin ona "amansız bir xəstəliyə yoluxmusan” dediyini bildirib. Sonrakı günlərdə isə bazarda işləyən bir çox insanda bu xəstəliyin əlamətlərinin ortaya çıxdığını qeyd edib./TELEQRAF

Xəbər lenti