Xəzər Xəbər

Azərbaycanda şok əməliyyat Pul alarkən tutuldu - RƏSMİ

Hadisə | 13:36 • 31 Mart 2020
Azərbaycanda şok əməliyyat

Ağcabədidə şantajla məşğul olan şəxsntutulub.

Martın 30-da Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edən rayon sakini T.Məmmədov həmyerlisi, əvvəllər məhkum olunmuş S.Muradovun ona hədə-qorxu gəlib 2000 manat pul tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Muradov həmin gün Hindarx qəsəbəsi ərazisində hədə-qorxu ilə tələb etdiyi 2000 manatdan 300 manatı alarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti