Xəzər Xəbər

Pulunuzu koronavirusdan bu üsulla qoruyun - VİDEO

Veb TV | 13:16 • 31 Mart 2020
Pulunuzu koronavirusdan

Türkiyənin Altınordu ilçəsində yaşayan 55 yaşlı Orxan Sarı koronavirusla mübarizə üsuluna görə diqqət çəkib.

25 ildir market işlədən Sarı müştərilərdən aldığı pulları 100 dərəcə temperaturda qaynayan suya ataraq dezinfeksiya edir.

Ətrafdakılar onun yeni kəşfinə koronavirusla mübarizədə "Qara dəniz üslubunda həll" adını veriblər.

İş adamı açıqlamasında bildirib ki, insanlar pulu hətta əllərini ağız suyu ilə nəmləyərək sayırlar. Bu isə virusun yayılması üçün münasib şərait yaradır: "Gün ərzində əldən-ələ gəzən pulların virusu yayma riski yüksəkdir. Koronavirus yayılmadan öncə də müştərilərdən qəbul etdiyim pulları odekolonla dezinfeksiya edirdim. Əskinasları qaynar suya atıb çıxardıqdan sonra zərər görmürlər. Beləliklə müştərilərə təmiz pullar ötürürəm. Üslubuma yanaşmalar müxtəlifdir".

publika.az

Xəbər lenti