Xəzər Xəbər

Dünyada SON DURUM: koronavirus qorxunc rəqəmlərə çatır

Dünya | 13:09 • 31 Mart 2020
Dünyada SON DURUM:

Dünya miqyasında koronavirusa yoluxanların sayı 787 min 411-ə çatıb.

Ən son məlumata görə, 37 min 846 nəfər infeksiya səbəbindən ölüb.

165 min 935 şəxs sağalıb.

Koronavirusa yoluxma miqyasına görə ABŞ ölkələr siyahısına liderlik edir. Burada 164 min 359 nəfər infeksiya daşıyıcısıdır. Son 24 saat ərzində 515 nəfərdə yoluxma faktı aşkarlanıb. Ümumilikdə, 3 min 173 şəxs dünyasını dəyişib. Ölüm sayına görə İtaliya dünya üzrə birinci yerdədir. Burada 11 min 591 nəfər koronavirusdan dünyasını dəyişib. Ən çox sağalan xəstə sayı pandemiyanın yayıldığı Çindədir - 76 min 52 nəfər koronavirusa qalib gəlib.

Azərbaycanda rəsmi rəqəmlərə əsasən, 273 təsdiqlənmiş COVID-19 xəstəsi var. 4 nəfər dünyasını dəyişib. 26 nəfər sağalıb.

Xəbər lenti