Xəzər Xəbər

Bakı Kamera Orkestri üzvlərindən #evdəqal çağırışı VİDEO

Veb TV | 19:07 • 30 Mart 2020
Bakı Kamera Orkestri üzvlərindən #evdəqal çağırışı

Evdə qal təşəbbüsünə qoşulanların sayı artır. Bu dəfə peşəkar musiqi fəaliyyəti ilə məşğul olan Bakı Kamera Orkestrının üzvləri bir araya gəlmədən onlayn şəkildə ''İldırımlıYollarla'' baletini ifa ediblər. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə ərsəyə gələnbu video qısa zamanda xeyli insan tərəfindən izlənib və maraqla qarşılanıb.

Koronavirusla Mübarizəyə dəstəklərinitam fərqli formada nümayiş etdirdilər, evdə qalan insanlara əsl musiqi ziyafəti yaşatdılar..

Bakı Kamera Orkestrinin üzvləri#evdəqal aksiyasına öz töhfələrini veriblər.Xüsusi karantin qaydalarınariayət edən dirijor və orkestr üzvləriəsərievlərində internet bağlantısı vasitəsi iləifa ediblər.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü,Bakı Kamera Orkestrının direktoru, xalq artistiYeganə Axundovanın təşkilatçılığıilə Bakı Kamera Orkestrinin ifasında görkəmli bəstəkar Qara Qarayevin "İldırımlı yollarla" baleti səsləndirilib. Video 2 günə ərsəyə gəlib.Komandaişi üçün isəbu çox qısa bir zamandır. Layihənin iştirakçısı olan Bakı Kamera Orkestrinin baş dirijoru, əməkdar artistFuad İbrahimovmusiqiçilərinbu aksiyaya böyük maraq və istəklə qoşulduqlarını deyir.

Evlərindən birbaşa əsəri ifa edən musiqiçilərin də layihə ilə bağlıtəəssüratları olduqca müsbətdir. Onlar eyni məsuliyyət və həyəcanla bu əsəribağlantı vasitəsi ilə səsləndirdiklərini bildirirlər.

Musiqiçilər ifaları ilə bir daha əhalini bu çətin günlərdə həmrəy olmağa, eləcə də mümkün qədər evdə qalmağa səslədiklərini qeyd ediblər.

Xəbər lenti