Xəzər Xəbər

Bərbərxana və gözəllik salonları işləməyəcək VİDEO

Veb TV | 19:39 • 30 Mart 2020
Bərbərxana və gözəllik salonları işləməyəcək

Daxili İşlər Nazirliyi xüsusi karantin rejimi dövründə hansı obyektlərin işləyəcəyini açıqlayıb. Məlumatda bildirilir ki, gözəllik salonları və bərbərxanalar xüsusi karantin rejmi dövründə işləməyəcək. Bəs hansı obyektlər işləyə bilər?

Xüsusi karantin rejmi dövründə bərbərxana və gözəllik salonlarının işləməsinə icazə verilməyəcək.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.O, bildirib ki, xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədi ilə respublika ərazisində, o cümlədən paytaxt Bakıda bəzi obyektlərin fəaliyyəti dayandırılır, bir sıra obyektlər isə fəaliyyətlərini davam etdirirlər.

Ehsan Zahidov qeyd edib ki, avtoyuma məntəqələri, avtomobil təmiri sexləri, avtomobil ehtiyat hissələrinin satışı mağazaları, tikinti materiallarının satışı mağazaları, kimyəvi və quru təmizləmə məntəqələri, mal-qara yemi satılan mağazalar, zoomağazaların fəaliyyətində isə heç bir məhdudiyyət yoxdur.

Avtoyuma məntəqəsinin sahibi Elnur Əvəzzadə deyir ki, onlar operativ qərərgahın qoyduğu tələblərə uyğun şəkildə işləyirlər. Hətta yuyulan avtomobillin salonunda dezinfeksiya işləri də aparırılar.

Qeyd edək ki, avtomobil təmiri sexləri də qanuna uyğun şəkildə işləyir. UstaƏfqan Əsədovun sözlərinə görə, təhlükəsizlik tədbirləri baxımından bütün işçilərə tibbi maska veriblər.

Daxili İşlər Nazirliyinin rəsmisi Ehsan Zahidov vətəndaşların şəxsi nəqliyyat vasitələrindən istifadəsinə qadağa qoyulması barədə yayılan məlumatlara da münasibət bildirib. Qeyd edib ki, şəxsi nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə bağlı yayılan məlumatlar yalandır.

Xəbər lenti