Xəzər Xəbər

İsveç səhiyyəsinə cavabdeh şəxs: “Əhalinin virusa yoluxub sağalmasına imkan verməliyik”

Dünya | 15:52 • 30 Mart 2020
İsveç səhiyyəsinə cavabdeh şəxs:

İsveç COVID-19 virusu ilə mübarizədə sərt karantin tədbirlərini tətbiq etməyən yeganə Avropa İttifaqı ölkəsidir.

Ölkənin Baş naziri Stefan Lyoveni vətəndaşlara müraciətində koronavirusa yoluxanların sayının artacağına mənəvi olaraq hazır olmağa çağırıb.

"Spiegel Online” xəbər verir ki, hazırda Stokholmda kafe və restoranlar müştərilərlə dolub-daşır.

Qonaqlara isə ancaq masalar arasında məsafəni qorumaq haqqında xəbərdarlıq edilir.

Hazırda ölkə ərazisində yalnız tələbələr və yuxarı sinif şagirdləri distant təhsilə keçib. Aşağı sinifdə oxuyan məktəblilər və uşaq bağçaları fəaliyyətlərini əvvəlki qaydada davam etdirir.

Xaricdən ölkə ərazisinə daxil olanlar karantinə götürülmür. Ölkə rəhbərliyiFinlandiya və Norveçdən fərqli olaraq, dağ-xizək mərkəzlərinin fəaliyyətini dayandırmaq haqqında qərar verməyib.

İsveçin Milli Səhiyyə Agentliyinin rəhbəri Anders Teqnell isə bildirib ki,əhalinin bu virusa yoluxub sağalmasına imkan verməliyik.

İsveçdə 3700şəxs koronavirusa yoluxub. 110xəstə pandemiyanın qurbanı olub.

oxu.az

Xəbər lenti