Xəzər Xəbər

Bakıda yanğın baş verib

Hadisə | 16:12 • 29 Mart 2020
Bakıda yanğın baş verib

Bakı şəhərinin Sabunçu rayonunda doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində ümumi sahəsi 52 kvadratmetr olan mənzildə televizor, soyuducu və lambirindən ibarət tavan 12 kvadratmetr sahədə yanıb. Yüksək temperaturdan mətbəx mebeli altı kvadratmetr sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, Xəzər rayonunda isə ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli dörd otaqlı evin bir otağı yanıb. Yüksək temperaturdan digər otağın lambirindən ibarət tavanı əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti