Xəzər Xəbər

ABŞ Konqresinə İranla bağlı müraciət ünvanlanıb

Dünya | 14:43 • 29 Mart 2020
ABŞ Konqresinə İranla bağlı müraciət ünvanlanıb

Kanada, ABŞ və Avropa ölkələrinin yüzlərlə elm və mədəniyyət xadimi tərəfindən Konqresə və 5+1 dövlətlər qrupuna məktubla müraciət ünvanlanıb.

Müraciəti imzalayanlar arasında ABŞ-ın nüfuzlu professoru Noam Xomskinin adı da var. ABŞ Konqresinə göndərilən məktubda İrana qarşı sanksiyalar anti-humanist adlandırılıb.

Məktubda Konqres üzvlərindən xahiş olunur ki, prezident Donald Trampa təsir göstərərək İrana qarşı sanksiyaların aradan qaldırılmasına nail olsunlar. Qeyd olunub ki, İran koronovirusla gərgin mübarizə aparır və belə bir zamanda insanların tibbi preparatlara, dərmanlara və digər ləvazimatlara böyük ehtiyacı var.

Xəbər lenti