Xəzər Xəbər

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Dünya | 12:44 • 29 Mart 2020
Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda son 12 saat ərzində daha 5 nəfər koronavirusa yoluxub.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla əlaqədar yaratdığı "stopcov.ge” saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, bununla da Gürcüstanda (COVID-19) virusuna yoluxanların sayı 90 nəfərə çatıb. Ölkədə 4534 nəfər karantin rejimində, 276 nəfər isə həkim nəzarətində saxlanılır. Həmçinin 16 nəfər koronavirusdan sağalıb.

Qeyd edək ki, Gürcüstan Müdafiə Nazirliyinin Milli Qvardiyasının 6 mülki əməkdaşında da koronavirus aşkarlanıb. Bütün xəstələr nazirliyin xəstəxanasına yerləşdiriliblər. Bununla əlaqədar Gürcüstanın Müdafiə Nazirliyi təhlükəsizlik tədbirlərini gücləndirib.

Xəbər lenti