Xəzər Xəbər

Koronavirusun aktivləşdiyi temperatur müəyyənləşib

Cəmiyyət | 11:22 • 29 Mart 2020
 Koronavirusun aktivləşdiyi temperatur müəyyənləşib

Honkonq universitetinin həkimləri koronavirusun daha çox aktivlik göstərdiyi temperaturu açıqlayıblar.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, koronavirus uzun müddət 4 dərəcə temperaturda qaldığı təqdirdə sabitliyini qoruya bilir və dezinfeksiya edilmədiyi halda aktivliyi yalnız 14 gün sonra azalmağa başlayır.

Bununla belə, SARC-CoV-2 yüksək temperatura dözə bilmir və 70 dərəcə temperaturda beş dəqiqə ərzində aktivliyi aradan qalxır.

Koronavirusun müxtəlif əşyalar üzərində qalma müddətini də öyrənən mütəxəssislər müəyyənləşdiriblər ki, o, kağız üzərində üç saatdan sonra yox olur, paltar və emal olunmuş taxta üzərində iki günə qədər, şüşə üzərində dörd günə qədər, plastik üzərində isə yeddi günə qədər qalır.

Alimlər qeyd ediblər ki, virus tibbi maskaların xarici səthində yeddi günə qədər qala bilər, buna görə də mütəmadi şəkildə dezinfeksiya olunmağı tövsiyə edirlər.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
527 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti