Xəzər Xəbər

Tərtərdə koronavirus pandemiyası ilə bağlı fərdi izahetmə-xəbərdarlıq işi gücləndirilib

Region | 11:18 • 29 Mart 2020
Tərtərdə koronavirus pandemiyası ilə bağlı fərdi izahetmə-xəbərdarlıq işi gücləndirilib

Ölkəmizdə koronaviris infeksiyası ilə mübarizə məqsədilə tətbiq edilən xüsusi karantin qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun genişmiqyaslı tədbirlər Tərtər rayonunda da davam etdirilir.

Rayon ərazisində koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, qabaqlayıcı profilaktik tədbirlər həyata keçirmək məqsədilə maarifləndirmə işləri genişləndirilib. Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, bələdiyyələr, digər qurumlar və polis orqanlarının nümayəndələri rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılmasını gücləndiriblər. (AZƏRTAC)

Xəbər lenti