Xəzər Xəbər

Səudiyyə Ərəbistanına atılan 2 raket hərbçilər tərəfindən səmada məhv edilib

Dünya | 10:15 • 29 Mart 2020
Səudiyyə Ərəbistanına atılan 2 raket hərbçilər tərəfindən səmada məhv edilib

Səudiyyə Ərəbistanının havadan müdafiə qüvvələri "Ənsar Allah” (Husilər) Yəmən terror qruplaşması tərəfindən atıldığı iddia edilən 2 raket Ər-Riyad şəhərini üzərində vurulub.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Hadath” telekanalı məlumat yayıb.

Şahidlərin sözlərinə görə, krallığın paytaxtında güclü partlayış səsi eşidilib. Baş verənlərin təfərrüatları dəqiqləşdirilir.

Daha bir raketin Səudiyyə Ərəbistanının Yəmənlə sərhədi yaxınlığında yerləşən Cizan şəhəri üzərində vurulduğu bildirilir.

Hər iki hava hücumunun nəticələri barədə məlumat verilməyib.

Xəbər lenti