Xəzər Xəbər

Uxandan Avropaya qatarların hərəkəti bərpa olunub

Dünya | 22:17 • 28 Mart 2020
Uxandan Avropaya qatarların hərəkəti bərpa olunub

Yeni növ koronavirusun (COVID-19) yayılmağa başladığı Çinin Uxan şəhərindən Avropaya yük qatarlarının hərəkəti təxminən iki aylıq fasilədən sonra bərpa olunub.

Martın 28-də "China Railway Express” şirkətinə məxsus qatar Uxan stansiyasından Almaniya istiqamətində yola düşüb. Qatarın 15 günə Duysburq şəhərinə çatması gözlənilir. Əlli konteynerdən ibarət qatarın yükünün təxminən 90 faizi Uxandakı müəssisələrin istehsalı olan məhsullardır. Buraya pandemiya ilə mübarizədə istifadə olunacaq 166 ton tibbi ləvazimat, avtomobil ehtiyat hissələri və aksessuarları, elektronika malları, fiberoptik kabel, habelə tikinti materialları daxildir. Mallar Duysburqdan Almaniyanın müxtəlif şəhərləri ilə yanaşı, Fransa, Macarıstan, Çexiya və Polşaya da göndəriləcək. İlkin mərhələdə Avropaya həftədə 2-3 qatarın yola salınması planlaşdırılıb. Aprel ayında isə qatarların hərəkəti tam bərpa olunacaq.

Uxanda koronavirusun sürətlə yayılmağa başladığı dövrdən fəaliyyəti dayandırılmış metronun və şəhərlərarası qatarların hərəkəti də martın 28-də bərpa olunub. Sian şəhərindən gələn sərnişin qatarı Uxanın Uçanq vağzalında qəbul olunub. Bu, iki aylıq fasilədən sonra Uxana Çinin digər şəhərlərindən gələn ilk qatar olub. Vağzalı tərk etməzdən əvvəl bütün sərnişinlərin tibbi müayinəsi aparılıb.

Şəhərdə əsas altı metro xətti üzrə qatarların da hərəkəti bərpa olunub.

Rubrikanın digər xəbərləri

Stoltenberq Ermənistana
Stoltenberq Ermənistana səfər edib
12:30
Rusiyanı yalnız bu səbəb dayandıra bilər
Rusiyanı yalnız bu səbəb dayandıra bilər AÇIQLAMA
17:47 • 18 Mart 2024
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini
Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib
16:52 • 18 Mart 2024
Putin prezident seçkilərində qalib gəlib
Putin prezident seçkilərində qalib gəlib 87,34%
09:00 • 18 Mart 2024
Vaşinqtonda silahlı hücum
Vaşinqtonda silahlı hücum 2 ölü, 5 yaralı
17:15 • 17 Mart 2024
Rusiyanı Ermənistanla birləşdirən yol
Rusiyanı Ermənistanla birləşdirən yol bağlandı
10:01 • 17 Mart 2024
Türkiyədə ağır yol qəzası
Türkiyədə ağır yol qəzası 15 Yaralı
09:30 • 17 Mart 2024

Xəbər lenti