Xəzər Xəbər

Serbiyalı tennisçi koronavirusla əlaqədar ölkəsinə maddi yardım edib

İdman | 21:35 • 28 Mart 2020
Serbiyalı tennisçi koronavirusla əlaqədar ölkəsinə maddi yardım edib

Serbiyalı tennisçi, dünya şöhrətli Novak Cokoviç ölkəsində koronavirusla yardım fonduna bir milyon avro ianə edib.

Ayrılan pulla respirator və tənəffüs cihazları alınacaq. İdmançı bu barədə "Instagram”dakı səhifəsində məlumat verib. O bildirib ki, köçürülən vəsaitə Çindən və Almaniyadan xüsusi tibbi avadanlıq gətiriləcək. O, həmçinin virusla mübarizə aparan bütün tibb işçilərinə təşəkkür edib.

Bir neçə gün əvvəl məşhur tennisçilər - isveçrəli Rojer Federer və ispaniyalı Rafael Nadal da ölkələrindəki müvafiq fondlara maddi yardımlar göstəriblər.

Xəbər lenti