Xəzər Xəbər

Park və istirahət məkanlarına giriş məhdudlaşdırılır - VİDEO

Veb TV | 19:28 • 28 Mart 2020
Park və istirahət məkanlarına giriş məhdudlaşdırılır -

Paytaxtın Nizami küçəsinə daxil olan yan yolların girişi bağlanılır. Artıq bulvar, park və istirahət məkanlarına insanların girişini məhdudlaşdırmaq üçün işlərə başlanılıb. 

Xezerxeber.az-ın məlumatına görə, əraziyə dəmir maneələr gətirilir.

Eyni tədbirlər Dənizkənarı Milli Park ərazisində də aparılır.

Nizami rayonu ərazisində isə parkdakı oturacaqlar lentlər vasitəsi ilə bağlanılıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərərgahın son qərarı ilə bu gecədən etibarən bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədi ilə giriş məhdudlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti