Koronavirus pandemiyası səbəbindən MotoGP yarışlarında ardıcıl beşinci Qran-Pri təxirə salınıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibliyi məlumat yayıb.
Təqvimə əsasən, mayın 1-dən 3-dək İspaniyanın Xeres şəhərində keçirilməsi nəzərdə tutulan Qran-Pri qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Xatırladaq ki, bundan əvvəl Qətər, Tailand, Argentina və ABŞ Qran-priləri başqa vaxta keçirilib.