Xəzər Xəbər

Rusiya İdlib məsələsində Türkiyə ilə RAZILAŞDI

Dünya | 14:11 • 29 Fevral 2020
Rusiya İdlib məsələsində Türkiyə ilə

Rusiya İdlibdə Əsəd rejiminin hücumundan sonra bölgədə gərginliyin azaldılması üçün Türkiyə ilə razılığa gəldiklərini açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyi dünən Türkiyənin nümayəndə heyəti ilə Ankarada baş tutan görüş haqda açıqlama yayıb.

Açıqlamada tərəflərin Suriyada gərginliyi azaltmaq məqsədilə razılığa gəldiyi vurğulanır.

Rəsmi Ankaradan məlum danışıqlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, əsəd rejiminin Türkiyə ordusuna hücumundan sonra 33 türk əsgəri şəhid olub, 32 nəfər yaralanıb./publika.az

Xəbər lenti