Xəzər Xəbər

Beyləqanda yolda vurulan piyada xəstəxanada öldü

Hadisə | 13:56 • 29 Fevral 2020
Beyləqanda yolda vurulan piyada xəstəxanada öldü

Beyləqan şəhərində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, fevralın 28-də saat 22 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakini T.Əzizli idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Eyvazalılar kənd sakini Vüsal Səfiyarovu vurub.

Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada dünyasını dəyişib.

Faktla bağlı Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.

Xəbər lenti