Xəzər Xəbər

Koronavirusdan SAĞALMAQ MÜMKÜNDÜR: ÜST açıqladı - VİDEO

Veb TV | 12:44 • 29 Fevral 2020
Koronavirusdan SAĞALMAQ MÜMKÜNDÜR:

Koronavirusun əsas təhükəsi pnevmaniyanı sürətli inkişaf etdirməsidir.

XəzərXəbər xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, qızdırma ilə başlayan xəstəlik quru öskürəklə müşayiət olunur, getdikcə insanda təngənəfəslik yaradır. Koronavirus adi qripə bənzəsə də, adi qrip virusunun ilk əlamətləri özünü 2-3 gün sonra büruzə verir, koronavirusda isə xəstəliyin əlamətləri 2 həftə sonra özünü göstərir.

İstənilən yaş kateqoriyasına aid olan və immuniteti zəif olan hər bir şəxs risk qurpuna daxildir. Virusa yoluxan insanın asqırması və öskürməsi zamanı ətrafa damcılar yayılır. Eyni zamanda, istənilən çirkli səthə toxunduqda xəstəliyə yoluxmaq mümkündür.

Koronavirusa qarşı xüsusi antivirus preparatı hazırda mövcud olmasa da, ondan sağalmaq mümkündür.

Xəbər lenti