Xəzər Xəbər

Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirildi

Gündəm | 12:32 • 29 Fevral 2020
Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirildi

ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistanın terrorçu və işğalçı siyasətinə qarşı kütləvi etiraz aksiyası keçirilib.

XəzərXəbər Report.az-a istinadən xəbər verir ki, Ermənistanın ABŞ paytaxtındakı səfirliyinin binası qarşısında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar toplaşan soydaşlarımız işğala son qoyulmasını və Xocalı soyqırımının tanınmasını tələb ediblər.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə keçirilən aksiyada Birləşmiş Ştatların bir çox şəhərlərində yaşayan diaspor fəalları iştirak ediblər. Əllərində Azərbaycan bayraqları tutan nümayişçilər Ermənistanın ölkəmizə qarşı təcavüzü, Xocalı soyqırımı haqqında məlumatları əks etdirən fotolarla, plakatlarla "Xocalıya ədalət!" şüarlarını səsləndiriblər. Aksiyada soyqırımını törədənlərin dünya ictimaiyyəti tərəfindən tanınması və cinayətkarların beynəlxalq məhkəməyə verilməsi tələb edilib.

Aksiyanın sonunda Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Qeyd edək ki, ABŞ Azərbaycanlıları Şəbəkəsi hər il Xocalı qətliamı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq soyqırımının tanınması tələbi ilə etiraz aksiyası keçirir.

Xəbər lenti