Xəzər Xəbər

Rusiya İran vətəndaşlarını ölkəyə buraxmadı – Qərar

Dünya | 13:02 • 28 Fevral 2020
Rusiya İran vətəndaşlarını ölkəyə buraxmadı

Rusiya ölkə əhalisinin təhlükəsizliyi və koronavirusun yayılmasının qarşısını almaq məqsədilə İran vətəndaşlarının sərhəddən keçməsini müvəqqəti olaraq qadağan edib.

Bununla bağlı məlumat Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilib.

"28 fevral 2020-ci il saat 00:00-dan etibarən Federal Təhlükəsizlik Xidməti Rusiyaya təhsil, əmək fəaliyyəti, eləcə də şəxsi, turizm və tranzit məqsədilə gələn İran İslam Respublikası vətəndaşlarının Rusiya Federasiyası sərhədindən buraxılışını müvəqqəti olaraq dayandırır”, - məlumatda qeyd olunub./axar.az

Xəbər lenti