Xəzər Xəbər

Çin koronavirusla bağlı sevindirici xəbəri AÇIQLADI

Dünya | 10:28 • 28 Fevral 2020
Çin koronavirusla bağlı sevindirici xəbəri

Çində ilk dəfə koronavirusun yayılması və ölüm halları nisbətən səngiyib.

Xarici KİV-lər xəbər verir ki, əvvəlki günlərlə müqayisədə Çinin müxtəlif bölgələrində koronavirusa yoluxma hallarındakı artım sürəti azalıb.

Bildirilir ki, bu həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində olub. Lakin yerli dairələr xəbərdarlıq edib ki, bu koronavirus təhlükəsinin azalacağı anlamına gəlmir.

Qeyd edək ki, koronavirusun meydana gəldiyi Hubey vilayətində 2600 nəfər həyatını itirib. 65 min nəfər virusa yoluxub./publika.az

Xəbər lenti