Xəzər Xəbər

"Futbol bir din olsaydı, Messi Tanrı olardı"

İdman | 10:06 • 28 Fevral 2020
"Futbol bir din olsaydı, Messi Tanrı olardı"
"O, hər şeyi çox istəklə edir. Heç kim deyə bilməz ki, Messinin oyununu bəyənmir”.

XəzərXəbər xəbər verir ki, bu sözləri "Barselona”nın yeni transferi Martin Braytvayt komandanın kapitanı Lionel Messi haqda danışarkən deyib.

Danimarkalı hücumçu Messini futbolun Tanrısı adlandırıb: "O, futbolu elə hiss edir ki... Bilmirəm necə deyim... Əgər futbol bir din olsaydı, Messi Tanrı olardı. O, oyunu idarə edir. Onunla oynadığımız üçün bəxtimiz gətirib”.

Qeyd edək ki, Messi bu mövsüm bütün turnirlərdə 29 oyuna 23 qol vurub, 16 məhsuldar ötürmə verib./Qol.az

Xəbər lenti