Xəzər Xəbər

Koronavirusdan sağalanlar yenidən xəstəliyə tutulur

Dünya | 12:05 • 27 Fevral 2020
Koronavirusdan sağalanlar yenidən xəstəliyə tutulur

Çinin Hubey əyalətində ortaya çıxan yeni tip koronavirus haqqında yeni məlumat yayılıb.

Quanqdonq əyalətində xəstəlikdən sağalan şəxslər yenidən virusa yoluxub.

"Caixin” qəzetinin xəbərinə görə, sağalaraq evə buraxılan xəstələrin 14%-də yenidən virus aşkarlanıb.

"Kovid-19”un mərkəzi bazası Hubey əyalətindən sonra ən çox yoluxma faktının qeydə alındığı Quanqdonq əyalətində bu günə qədər 1347 nəfərdə koronavirus qeydə alınıb. Onlardan 844-ü sağalaraq ambulator müalicəyə buraxılıb. 8 nəfər isə dünyasını dəyişib.

Çin-Yapon Xəstəxanası Yolxucu Xəstəliklər Mütəxəssisləri Qrupunun prezidenti Can Çinqyüen 31 yanvarda verdiyi açıqlamada virusdan sağalan insanların yenidən xəstələnə billəcəyini demişdi./publika.az

Xəbər lenti